Ötən il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu dövrdə yaradılmış iş yerlərinin 91,8 faizi qeyri-dövlət sektorunda açılıb. Ən çox yeni açılmış iş yerləri – 79,7 faizi Bakı şəhərinin, ən az – 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Lənkəran-Astara iqtisadi rayonunda isə ötən il ərzində açılmış yeni iş yerləri 1,4 faiz təşkil edir.
Qeyd edək ki, 2023-cü il ərzində ölkədə 14,9 min iş yeri bağlanıb.