Cəlilabadda taxıl sahələrində artım müşahidə olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində Report.az-a istinadən verir.
Cari il rayonda 66 min 230 hektar taxıl əkininin 56 min 580 hektarını buğda, 9 min 650 hektarını isə arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda arpa biçini üçün 80-ə yaxın taxıl biçən kombayn sahələrə cəlb olunub. Taxıl sahəsinin 6 min 600 hektarı suvarılan, qalanı isə dəmyə torpaqlardır.