top
Cəlilabadda payızlıq kartof yığılır
07 dekabr 2022, 05:05
- ↺ +

Cəlilabadda payızlıq kartof yığılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İkinci çörək əvəzi istifadə olunan payızlıq kartofun yığımına start verilib. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Marja-ya istinadən xəbər verir.

Növbəli əkin prinsipinə uyğun olaraq, sahələrdən il ərzində iki, üç, bəzən dörd dəfəyədək məhsul götürən zəhmət adamları, builki payızlıq əkin mövsümündə rayonun ayrı-ayrı kəndlərində təxminən 1000 hektara yaxın sahədə kartof əkib-becəriblər.

“Məhsulumuz yaxşıdır. Ötən il 30 ton götürdüyüm sahədən bu il 60 ton kartof yığacağımızı gözləyirəm. Yazlıq əkini saxlamaq olmur. Amma payızlıq əkini saxlamaq və istədiyin vaxt satmaq olur. Ötən ilə baxanda bu il qiymətlər də yaxşıdır. 30-40 qəpiyə alınan məhsul bu il sahələrdə 50 qəpiyə satılır. Bu da bizə sərf edir. Bir az da saxlaya bilsək, daha baha satarıq”, - deyə uzun illər kartofçuluqla məşğul olan fermer Şamil Əliyev bildirib.

Fermerlər deyirlər ki, yay fəslində yığılan kartofu qışa qədər saxlamaq əlavə xərclər və xüsusi şərait tələb edir. Həmçinin məhsulun xeyli hissəsi xarab olur, əmtəəlik qabiliyyətini itirir. Ona görə də fermerlər yazlıq məhsulu yığan kimi dərhal bazara çıxarmalı olurlar. Hətta Rusiya bazarlarına çıxış imkanları olsa belə, ucuz qiymət, bəzən məhsulun maya dəyərindən də aşağı qiymətə satışı onlara xeyli ziyan vurur. Builki payızlıq kartofun məhsuldarlığının və qiymətinin yüksək olması fermerləri ruhlandırıb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi İlham Babayevin sözlərinə görə, hər il olduğu kimi, bu il də rayonda fermerlər taxıl biçinindən sonra həmin sahələrin müəyyən hissəsində payızlıq kartof əkini həyata keçiriblər. Təxminən 2300 hektar sahədə payızlıq kartof əkilib. Hazırda əkin sahələrindən kartof çıxarılır. Fermerlər tərəfindən hər hektardan 15-16 ton məhsul götürülür.

Bu il yazlıq əkinlər üzrə Cəlilabad rayonunda 5450 hektar kartof sahəsindən 140 min tona yaxın məhsul toplanılıb. Tədarük olunan məhsulun 63 min tonu xaricə ixrac edilib. İstehsalçıların hazırda payız mövsümündən də yüksək gözləntiləri var.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Oxşar xəbərlər