Cəlilabad Suvarma Sistemləri İdarəsi tenderinin nəticələrini elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Fed.az-a istinadən verir.
Belə ki, “Nasos stansiyalarında və subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-materialların, ehtiyat hissələrinin və sazlama işlərinin satın alınması” tenderinin qalibi “Art-Proje” MMC olub. Qalib şirkətə 109.713 manat ödəniləcək.