top
Cəlilabad fermerləri çətin durumda: alıcı olmadığına görə onlar məhsul yığmırlar
08 iyun 2023, 08:19
- ↺ +

Cəlilabad fermerləri çətin durumda: alıcı olmadığına görə onlar məhsul yığmırlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadda yenicə yetişdirilmiş kartof sahələrdə qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində Bizim.media-ya istinadən verir.

Belə ki, fermerlər alıcı tapmadıqlarına görə məhsulu yığmağa lüzum görmürlər. Onlar bildirirlər ki, kartofun tarladan toplanmasına çəkilən xərc onun alışına təklif edilən vəsaitdən çoxdur.

Məsələ ilə bağlı Milli Məclisin 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov bildirib ki, məsələdən agahdır:

“Cəlilabad fermerləri bu il bol kartof yetişdiriblər. Amma bol məhsulu realizə edə bilmirlər. Ona görə də bəzi fermerlər kartofu, hətta sahələrdən yığmaq belə istəmirlər. Çünki yığım üçün lazım olan vəsait satış pulundan xeyli çoxdur. Ən narahatedici məqam odur ki, onların böyük bazarlara çıxışı yoxdur. Hazırda Bakı və digər şəhərlərdəki ticarət məntəqələrində satılan kartofun qiyməti ilə Cəlilabaddakı kartofun qiyməti arasında ağılagəlməz fərq var. Bu fərq necə yaranır, bilmirəm. Amma bildiyim odur ki, Cəlilabadda külli miqdarda kartof sahələrdə zay olub gedir”.

O əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyinin bu məsələyə operativ müdaxilə etməsini vacib sayır:

“Hazırda həm dövlətimizin, həm də Kənd Təsərrüfatı Nazirliyinin imkanı var ki, fermerlərdən istehsal etdikləri bütün kartofu alsın və böyük bazarlara çıxarsın, ya da regionlardakı soyuducu anbarlara yığsın. Üzü payıza bazara çıxarıb satsın. Əgər bu addım atılsa, həm fermerlər ziyandan sığortalanmış olarlar, həm də gələcəkdə bazardakı süni qiymət artımının qarşısı alınmış olar. Əgər fermerlərə dəstək olunmasa, çətin ki, gələn il Cəlilabadda bu qədər məhsul yetişdirilsin”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Oxşar xəbərlər