top
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
30 yanvar 2025, 00:35
- ↺ +

Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq”.

Cenublu.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.

O bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi isə “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir:

“Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.

Bütün bunlarla yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdırsa, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdırsa, bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da, o, yanvarın 1-dən qüvvədə olur. Yəni, ilin əvvəlindən etibarən bütün əmək pensiyaları indeksləşdirlir. Amma bizim nümunədə alınan məbləğ – 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq”.

Son xəbərlər

Kriminal
Bu gün, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Bu gün, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Bu gün, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Bu gün, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Bu gün, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Bu gün, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Bu gün, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Kriminal
Dünən, 10:30

Lerikdə əsgərlikdən qayıdan gənc 200 min manatlıq təzminat tələb edir

İqtisadiyyat
Dünən, 09:48

Azərbaycan nefti bahalaşıb

Siyasət
Dünən, 09:15

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Oxşar xəbərlər