top
Banka əmanət yerləşdirərkən faizlə yanaşı diqqət edilməli 3 ÖNƏMLİ NÜANS
20 noyabr 2024, 04:45
- ↺ +

Banka əmanət yerləşdirərkən faizlə yanaşı diqqət edilməli 3 ÖNƏMLİ NÜANS

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bütün banklarda 12%-ə qədər yerləşdirilən əmanətlər qorunur. Hər hansı bir bank bağlansa belə, banka mədaxil etdiyimiz illik 12% gəlirli əmanətimiz tam şəkildə dövlət tərəfindən sığortalanır. Bu qaydalara görə, əmanətinizi hansı bankda yerləşdirməyinizin əhəmiyyəti azdır, çünki bank bağlansa belə, dövlət həmin pulu sizə ödəyəcək.

Banka depozit yerləşdirərkən yalnız sığortalanan 12%-ə baxmaq kifayət etmir. Yəni depozit yerləşdirərkən sırf bu sığortalanan 12%- dən başqa bizim üçün üstünlükləri olsun deyə nələrə diqqət etməliyik?

“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, “NAS PROJECT BOKT” ASC-nin Baş maliyyə inzibatçısı, maliyyə və bank eksperti Xəyal Məmmədli valyuta.az-a açıqlamasında bildirib ki, banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu fonda xidmət haqqı ödəyirlər. Buna əsasən də, bütün banklarda müştərilərin əmanətlərinin müəyyən qanunvericilik şərtləri daxilində qorunmasını təmin edir. Əmanətlərin Sığortalanması Fondu əmanətləri milli və xarici valyutalar üzrə müxtəlif faizlərlə qoruyur. Bu şərtlər bütün banklar üçün eyni olsa da, diqqət ediləsi müxtəlif məsələlər də var.

X.Məmmədli qeyd edib ki, burda önəmli məsələlərdən biri əmanət vaxtından əvvəl götürüldükdə faizlərin hesablanmasıdır:

"Bəzi banklarda vaxtından əvvəl götürülən əmanət üçün heç bir faiz hesablanmır, digərlərində isə müəyyən müddətə görə faizlər hesablanır. Məsələn, üç aya qədər faiz hesablanmır, altı aya qədər müəyyən faiz verilə bilər və il sonunda isə faiz dərəcəsi daha yüksək ola bilər. Müqavilə imzalamadan əvvəl bu şərtlərə diqqət etmək vacibdir. Müştəri vaxtından əvvəl əmanəti götürən zaman bu məsələ onun yadına düşür. Öncədən bilsək, yaxşıdır".

X.Məmmədli bildirib ki, əmanət girovlu kredit və kredit xətti də diqqət edilməli məsələdir:

"Müştəri bəzən əmanətini vaxtından əvvəl götürmək istəmir, amma qısa müddətli maliyyə ehtiyacı yaranır. Bu halda, əmanətin girovu ilə kredit götürmək mümkündür. Banklar, adətən, əmanətin faiz dərəcəsinə əlavə olaraq müəyyən faizlə kredit verirlər. Əmanət girovlu kreditin faiz dərəcəsi adətən əmanət faizinin üzərinə 3% əlavə edilir, amma bəzi banklarda bu faiz daha yüksək ola bilər. Krediti rəsmiləşdirərkən xidmət haqqı və ya komissiya ödənib-ödənilmədiyini də yoxlamaq lazımdır".

"Daha bir önəmli məqam isə, bankın xidmət keyfiyyətidir. Məsələn, onlayn xidmətin mövcudluğu, onlayn arayış almaq, və ya onlayn kredit almaq imkanları bank seçərkən nəzərə alınmalıdır. Həmçinin, bankın müqavilə şərtləri ilə tanış olmaq və bu məsələlərə diqqət etmək müştərilər üçün çox önəmlidir. Nəticə etibarilə, əmanət qoyarkən yalnız faiz dərəcələrinə deyil, həmçinin bankın şərtlərinə, xidmət keyfiyyətinə və digər şərtlərə də diqqət yetirmək lazımdır", - deyə ekspert vurğulayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Oxşar xəbərlər