top
Sınıqçı qızı olan muzey direktoru: “Xalq təbabətini yaşadırıq” – ÖZƏL MÜSAHİBƏ
20 dekabr 2024, 06:12
- +

Sınıqçı qızı olan muzey direktoru: “Xalq təbabətini yaşadırıq” – ÖZƏL MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi Lənkəran Tarix Diyarşünaslıq muzeyinin direktoru Leyla Məcidovadır.

Müsahibəni təqdim edirik:

- Leyla xanım, özünüz haqqında məlumat verməyinizi istərdim.

- 8 avqust 1976-cı ildə Lənkəran rayonu Səpnəkəran kəndində anadan olmuşam.

- Direktoru olduğunuz muzeyin tarixçəsi haqqında məlumat verməyinizi istərdim. Nə zamandan direktor vəzifəsini icra edirsiniz?

- 2022-ci il sentyabrın 22-də Lənkəran Tarix Diyarşünaslıq muzeyinə direktor təyin olunmuşam. Lənkəran Tarix-diyarşünaslıq muzeyi 1924-cü ildə maarifpərvər ziyalı, savadsızlığa qarşı mübarizə aparan, ilk məktəblərin açılmasında böyük xidmətləri olmuş Mirzə Ağalı Əliyev tərəfindən  Lənkəranda Böyük bazar ətrafında açılmışdı.

1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülüb. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır. Qafqazda gözəlik müsabiqəsində birinci yeri tutan xanın həyat yoldaşının şərəfinə ucaldılmış bu bina, gözəlliyinə görə Azərbaycanın Tac Mahalı sayılır.

- Muzeyin ən önəmli ekspozisiyası hansıdır?

- Muzeyin bütün ekspozisiyaları önəmli və dəyərlidir. Turistlər bu binaya daxil olduqda, girəcəkdə qorunan iri güzgüyə maraqla baxırlar. Mirəhməd Xan 7 ədəd bu güzgüdən Venesiyadan həyat yoldaşı Toğra xanıma hədiyyə olaraq gətizdirib. 3 ədədi muzeydə qorunur, 4 ədədi isə qarət olunub, ruslar tərəfindən Moskvaya aparılıb.

- Muzeydə hər il neçə tədbir təşkil edilir?

- Dövlət tədbirləri ilə bağlı məktəblilər muzeydə olur, onlarla birlikdə şəhidlər üçün təşkil etdiyim xatirə otağında sərgilər və tədbirlər keçiririk.

- Muzeyin gələcək planları nələrdir?

- İxtisaslı kadrları işə qəbul etmək və onlarla birlikdə muzeydə yeniliklər həyata keçirmək.

- Muzeyin qarşılaşdığı əsas çətinliklər hansılardır?

- 30 ildən artıq çalışdığım, dosenti olduğum Lənkəran Dövlət Universitetində (LDU) “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası mənim LDU-da 3500 şəxsi eksponatla açdığım “Tarix Muzeyi”nin əsasında yaranmışdı. Lakin rəhbərlik etdiyim muzeydə ixtisaslı kadrların olmaması çətinlik yaradır.

- Muzeyin rəhbəri olaraq qarşılaşdığınız ən böyük çətinliklər nələr olub?

- İxtisasa uyğun olmayan köhnə rəhbərlik tərəfindən işə götürülmüş işçilərlə nizam intizam qaydalarını yoluna qoymaq çətinlik yaradır.

- Gənc nəslin nümayəndələrini cəlb etmək üçün hansı fəaliyyətlər həyata keçirilir?

- Rayonun bütün məktəblərinə yeni il ərəfəsində müqavilələr göndərilir, məktəblilər cədvəllər üzrə muzeyə dəvət edilir, elmi işçilər onlara tariximiz barədə məlumatlar verirlər.

- Beynəlxalq sərgilərlə əməkdaşlıq edirsiniz? Hansı ölkələr və ya muzeylərlə əlaqə saxlayırsınız?

- Beynəlxalq Muzeylərlə əməkdaşlıq gələcək planlarımızda olsa da, hazırda ancaq ölkədaxili, yaxın rayonlarda fəaliyyət göstərən muzeylərlə əməkdaşlıq edirik.

- Muzeyin gələcəkdəki inkişafı ilə bağlı hansı hədəfləriniz var?

- Muzeyin həyətini şəxsi vəsaitimlə çəpərə almışam, subtropik meyvə ağacları əkdirib, binanın  adına uyğun “Xan bağı” salmışam, həyətdə açıq səma altında muzey yaratmaq arzusundayam. Əsasən regiona aid eksponat sayını çoxaltmaq, ixtisaslı kadrlarla işləmək, illərlə saxlanc fondunda qorunan eksponatlardan yeni sərgilər təşkil etmək də hədəflərim sırasındadır.

- Gələcək nəsillərə nələri aşılayırsınız?

- 30 ilə yaxındır ki, Lənkəran Dövlət Universitetində çalışıram, tarix üzrə fəlsəfə doktoruyam. Bununla yanaşı BDU-da elmlər doktoru proqramı üzrə təhsilimi davam edirəm. 80-dən artıq elmi məqalənin, 68 publisist məqalənin, 3 monoqrafiya və 2 fənn proqramının müəllifiyəm. Ara-sıra vətənpərvərliyə aid şeirlər yazıram.

Dərziliyi bitirmişəm. Əl işlərim var. Bijuteriya və uşaq geyimləri hazırlayıram. Tələbələrimlə çox gözəl, isti münasibətim var, hər zaman onların yanındayam. Bir müəllim kimi onların ürəyində xüsusi yerim var. Həmişə çalışıram onlara tariximizi olduğu kimi təqdim edim.

- Ananınız sınıqçı olub. Siz də ananızdan qalan qabiliyyəti davam etdirirsinizmi?

- Mənim anam Əminə xanım cənub bölgəsinin tanınmış türkəçarə ilə məşğul olmuş “Kimyagər Firəng” ləqəbi ilə tanınan Fərəhnisa nənənin davamçısı olub. Övladı olmayanlara kömək ediblər. Onlar kişi sonsuzluğu üçün xüsusi dərmanlar hazırlayıblar.

Çətinə düşən insanlara 6 əsr yaşı olan mis piyalə və canavar kəlləsi ilə yardım ediblər. Bel sürüşməsi və qarın, mədə çəkiblər. Elm dini möcüzəni rədd etmir. Onların nəsil şəcərələri haqqında geniş məlumat professor Qəmərşah Cavadovun “Talışlar” monoqrafiyasında dərc olunmuşdur.

Anam dünyasını dəyişsə də, onun etdiyi xeyirxah əməllər hələ də yaşayır. Onun haqqında Zərban TV nin çəkdiyi “Lənkəranlı sınıqçı Əminə” sənədli filmini “YouTube” kanalında izləyə bilərsiniz. Sınıqçılıq irslə gələn peşədir, bədəndə olan bütün sümükləri tanıyırıq və müalicə edirik. Həkimlərin cərrahiyyə yolu ilə həyata keçirdikləri ən çətin sınıqları - omba, çanaq sümükləri, diz, qulunc, mərc, daban, inci, qamış sümüklərini 40-45 gün ərzində tam sağlam vəziyyətə gətiririk. Bacım Mahizər xanım məktəb direktorudur, onunla birgə bizə ulularımızdan qanla keçən xalq sənətini, təbabətini yaşadırıq və davam etdiririk. LDU-nin 2 kurs tələbəsi olan qızım Jalə və anamın adını daşıyan qardaşım qızı 10 yaşlı Əminə də artıq bacarıqlarını sınayırlar.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Bu gün, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Bu gün, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Bu gün, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Bu gün, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Bu gün, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
Dünən, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Dünən, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 15:25

Sabirabadda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 14:50

Şəhid İlkin Kazımovun doğum günüdür

İdman
Dünən, 14:20

Astaralı güləşçilər Türkiyədən iki bürünc medalla qayıdıblar

Bütün xəbərlər
Dünən, 13:53

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 13:25

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:58

Gəlinini döyən qayınata həbs olundu

Bütün xəbərlər
Dünən, 12:30

Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

Oxşar xəbərlər