top
Qədim tarixə malik yaşayış məskəni: Pensər kəndi
02 noyabr 2022, 02:00
- ↺ +

Qədim tarixə malik yaşayış məskəni: Pensər kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pensər kəndi Astara şəhərinin mərkəzindən 22 km aralıda, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşir.

Kəndin ilk adı Malavan olub. Malavan talış dilindən tərcümədə “maldarların məkanı” deməkdir. Səfəvi I Şah İsmayılın qızılbaşları bu torpaqlara yürüş etdikdən sonra, XVI əsrin əvvəllərində bu kəndin adı dəyişərək Butəsər adlandırılmışdır [5]. Talış dilində “Butəsər” sözü “gül başı” anlamında işlənir. XIX əsrin əvvəllərində bu kəndə Pensər adı verilib. Talış dilində “Penə sə” - “Yuxarı baş” mənasını daşıyır [1].

Yerli əhalinın dediklərinə görə, ilk dəfə məhz bu kənddə “Vağzalı” mahnısı ifa edilmişdir. Bir gün Talış xanı Mir Mustafa xan döyüşdə Ağa Məhəmməd şah Qacarın ordusuna qalib gəlir. Bu döyüş Talış xanlığının ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, hər il Gilandan Talış xanlığına xərac verilməsi ilə nəticələnir. Mir Mustafa xanın bu qələbəsi Talışda bir bayram kimi qeyd olunurdu. Mir Mustafa xanın qızı Qəmərtac (Böyükxanım) öz gündəliyində bu haqda yazmışdır: “Atamın yaxın qohumları, ailəsi və Talış əhalisi Xanı Butəsər (indiki Pensər) kəndində bir bağda gözləyirdilər… Atam Mir Mustafa xan bağdan düzəldilmiş Zala - Boğəzala daxil olan kimi, əslən Şamaxıdan olan musiqiçilər heç yerdə səslənməyən, Talış xanına həsr etdikləri, marşa oxşar bir musiqini çalırlar…”. Ehtimal olunur ki, bu mahnı talışlar arasında “Boğəzalı” kimi məşhurlaşır, sonradan bütün Azərbaycana yayılır və zaman keçdikcə adı dəyişərək, “Vağzalı” kimi tanınır [6].

Bəzi mənbələrə görə, bu kənd Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir [5]. Buna sübut isə tunc dövrünə aid olan Pensər və Pir Seyid Camal kurqanlarının burada yerləşməsidir [2]. Bundan əlavə, kənddə bir neçə tarixi abidə mövcuddur: Seyid Cəmaləddin türbəsi, Hacı Teymur məscidi, Pensər Cümə Məscidi (Hacı Canbaxış məscidi), Məşədi Abutalıb hamamı və s. [2].

1915-ci ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Pensər kəndində 1834 nəfərin yaşadığı qeyd olunub [4]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 5023 nəfər yaşayıb [3].

Ədəbiyyat: 


  1. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.

  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  3. Azərbaycan Respublikası əhalisinin siyahiyaalınması 2009-cu il. I cild. Bakı-2010.

  4. Кавказский календарь на 1915 год. Тифлис-1914.

  5. https://sputnik.az/azerbaijan/20160812/406744038.html

  6. https://ambur.az/qemeragaqemertac-xanim-talisinskayagundeliyi

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

Oxşar xəbərlər