Masallıda polis olmaq istəyənlər üçün maarifləndirici tədbir keçiriləcək. Bu haqda bu gün, 7 fevral tarixində Cenublu.az Masallı Gənclər Evinə istinadən xəbər verir.
Tədbir Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Masallı Gənclər Evi” SXM-in inzibati binasında baş tutacaq. 8 fevral saat 11:00-da keçiriləcək tədbirdə orta məktəblərin X-Xl sinif şagirdləri və hərbi xidmətini başa vurmuş gənclər iştirak edəcəklər.
Görüşdə gənclər polis sıralarına qoşulmaq, həmçinin DİN nəzdində Polis Akademiyasına qəbul barədə ətraflı məlumat alacaqlar.