top
Lənkəranlı alim: “İstərdim, gənclərimiz elmə daha çox həvəs göstərsinlər” – ÖZƏL MÜSAHİBƏ
05 noyabr 2024, 05:40
- ↺ +

Lənkəranlı alim: “İstərdim, gənclərimiz elmə daha çox həvəs göstərsinlər” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elmi dərəcəli şəxslər akademik və elmi sahələrdə müxtəlif müvəffəqiyyətlər əldə etmiş, nəzəri və praktiki tədqiqatlarda mühüm töhfələr vermiş şəxslərdir. Onlar çox vaxt ali təhsil müəssisələrində, elmi tədqiqat institutlarında və digər akademik təşkilatlarda fəaliyyət göstərirlər. Elmi dərəcələr şəxslərin akademik və elmi fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə verilir və müxtəlif səviyyələrə malikdir.

“Alimlik dərəcəsi aln şəxs” daha çox doktorantura və ya elmi tədqiqatlarla bağlı olan təhsil və akademik yüksəliş mərhələlərini əhatə edir.

Cenublu.az-ın əməkdaşı alimlik dərəcəsi alan Lənkəran şəhər sakini Ülkər Hüseynova ilə həmsöhbət olub.

- Ülkər xanım, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1971-ci il avqustun 8-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşam. Lənkəran şəhər 1 nömrəli orta məktəbində təhsil almışam. Azərbaycan Dövlət Pedaqoji Universitetin Tarix fakültəsini bitirmişəm. Lənkəran Dövlət Universitetində isə doktorantura təhsili aldım.

- Hansı sahədə alimlik dərəcəsi almısınız?

- Oktyabrın 25-də “Vətən tarixi” ixtisasında  Tarix sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.

- Hansı universitetdə fəaliyyət göstərirsiniz?

- Mən universitetdə işləmirəm. Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional bölməsində aparıcı məsləhətçi vəzifəsində çalışıram.

- Elmi sahəyə olan marağınız necə başladı?

- Mən bir azərbaycanlı kimi həmişə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalı, sonradan Azərbaycanda baş verən ictimai-siyasi vəziyyəti əsl mənbələr əsasında araşdırmaq istəmişəm.

Bu dövrə aid sənədlərin əsl mənbəyi Rusiyadakı hərbi arxivdə olduğundan bu sənədlərdən Sovet dövründə istifadə etmək mümkün olmamışdır. Lakin SSRİ dağıldıqdan sonra bir çox arxivlər kimi bu arxivdən də istifadə imkanı yarandı. Mən də Moskvada yerləşən Rusiya Dövlət Hərbi Arxivindəki sənədləri əldə etməklə Azərbaycanın 1920-1930-cu illərinin ictimai-siyasi vəziyyətini yenidən tədqiq etmək istədim.

- Hansı sahədə dissertasiya işinizi yazdınız?

- Dissertasiya işimin mövzusu 1920-1930-cu illərdə Azərbaycan SSR-də ictimai-siyasi vəziyyəti ilə bağlıdır. (Rusiya Dövlət Hərbi Arxivinin materialları əsasında)

- Ən çox maraqlandığınız elmi sahələr hansılardır?

- Ən çox maraqlandığım Azərbaycan tarixinin 1920-1930-cu illəri olduğuna görə bu dövrü daha dəqiq mənbələrdən əldə edilmiş sənədlər əsasında araşdırmağa çalışdım.

- Elmi işlərinizin praktiki tətbiq sahələrində necə istifadə edilə biləcəyini düşünürsünüz?

- Bu elmi işdə ilk dəfə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı, işğaldan sonra Azərbaycanda Sovet rejiminə qarşı üsyanlar, Ermənistan və Gürcüstanla sərhəd məsələləri, repressiyalar və s. məsələlərə aid sənədlər dövriyyəyə gətirilmişdir.

Bu elmi işdə əksini tapmış faktlar və məlumatlar Azərbaycanın XX əsr tarixinə aid ümumilləşdirilmiş əsərlərin, monoqrafiya və kitabların yazılmasında, dissertasiyaların və tədris vəsaitlərinin hazırlanmasında istifadə oluna bilər.

-  Azərbaycanda və ya dünyada akademik həyatın vəziyyəti haqqında nə düşünürsünüz? Elmi tədqiqatın inkişafı üçün hansı şərait yaradılmalıdır?

- Hazırda elmin inkişafı üçün dövlət tərəfindən ölkəmizdə hər cür şərait yaradılıb. Gənclərimiz bu şəraitdən istifadə edib Azərbaycan elminə yeni töhfələr verə bilər. İstərdim, gənclərimiz elmə daha çox həvəs göstərsinlər.

- Elm və texnologiyanın gələcəyinə necə baxırsınız? Xüsusilə süni intellekt və digər müasir texnologiyalar elmi araşdırmalarda necə bir inqilab yaradacaq?

- Elm və texnologiyaların gələcək inkişafına nikbin baxıram. İnanıram ki, bizim müasir gənclərimiz dövlətimizin yaratdığı imkanlardan istifadə edib, elmimizə yeni töhfələr gətirəcək.

- Yeni layihə və ya araşdırmalar üzərində işləmək istəyirsinizmi?

- Çalışacağam ki, yeni məqalələr və monoqrafiyalar üzərində işləyim.

- Elmi yolda sizi nə motivasiya edir?

- Elm yolunda əldə edilən hər bir uğur insanı motivasiya edir.

- Emin Əmrullayev bildirib ki, “Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir”. Bir sözlə, nazir hər elmi dərəcəsi olanın alim olmadığını deyib, siz nə düşünürsünüz?

- Cənab nazirin dediyi sözlərə haqq qazandırıram. Bu, həqiqətən də belədir.

- Elm sahəmizə nə kimi yenilik gətirməyi düşünürsünüz?

- Çalışacağam ki, daha fərqli yeni məqalələr və monoqrafiyalar tərtib edim.

Nəzrin Vahid

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Oxşar xəbərlər