top
mygov platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib
14 may 2026, 14:01
- ↺ +

"mygov" platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"mygov" rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunan xidmətlərin əhatə dairəsi genişləndirilir. İllik istifadə sayı 320 mini ötən, Elm və Təhsil Nazirliyinə aid bir sıra mühüm xidmətlər artıq "mygov"a inteqrasiya olunub.

Təqdim olunacaq yeni təhsil xidmətləri aşağıdakılardır:

• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 60,000 nəfərə qədər);
• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 14,000 nəfərə qədər);
• Ali təhsil müəssisələrinin rezidentura səviyyəsinə bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 600 nəfərə qədər);
• Ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 24,000 nəfərə qədər);
• Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu (illik istifadəçi sayı 225,000 nəfərə qədər);
Qeyd edək ki, sözügedən xidmətlər "mygov" platformasında vətəndaşlar və təhsilalanlar tərəfindən növbəti tədris ilinə qəbul və qeydiyyat məqsədilə istifadə ediləcək.

Sözügedən xidmətlər my.gov.az portalı üzərindən əlçatandır. Vətəndaşlar platformanın "Xidmətlər" bölməsində "Qurumlar" kateqoriyasından "Elm və Təhsil Nazirliyi" və ya "Sahələr" kateqoriyasından "Təhsil" seçimini edərək müvafiq xidmətlərə keçid edə bilərlər. Yenilik təhsilalanlara və valideynlərə prosesləri daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Yeni xidmətlərin istifadəyə verilməsi "mygov" platformasının vətəndaşlara təqdim etdiyi rəqəmsal imkanların daha da genişləndirilməsi və dövlət xidmətlərinin vahid platformada əlçatanlığının təmin olunması istiqamətində atılan növbəti addım hesab olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər