Mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarından etibarən bəzi yerlərdə arabir yağıntılı hava müşahidə oluna bilər. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlıq ərazilərdə gecə 7-12° isti, gündüz 16-21°, bəzi yerlərdə isə 25° isti olacaq.