top
Lənkərandan Kaliforniyaya uzanan uğur hekayəsi
10 fevral 2023, 04:37
- ↺ +

Lənkərandan Kaliforniyaya uzanan uğur hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda doğulub boya-başa çatan, artıq 7 ildir ki, ABŞ-nin Kaliforniya ştatında yaşayan və İnstagram-da işləyən Aytəkin Əliyevanı tanıyaq.

Lənkəran şəhər 5 nömrəli tam orta məktəbində ingilis dili müəllimi işləyən Aytəkin Əliyeva elə o zamandan bir çox beynəlxalq seminar və konfranslara qatılaraq daim özünü təkmilləşdirməklə məşğul olub.

“5 saylı məktəbdə ilk dəfə ingilis dilində əlifba bayramı keçirən müəllimə məhz mən olmuşam. O, ora üçün qeyri-adi bir şey idi. Çünki o məktəbdə heç vaxt belə bir şey olmayıb”, - deyə o, müsahibəsində deyib.

“Çox sayda beynəlxalq təlimlərdə, seminarlarda iştirak edirdim. Regionlara səfər edirdim və layihə koordinatorlarına “Social Media” treninqi keçirdim. Əgər “Social media”nın vətəni məhz Amerikadırsa, bütün yeni proqramlar, “Social media” şəbəkələri, Twitter, Facebook və sair orada yaranıbsa, bunu elə orada oxumaq lazımdır deyə düşündüm”.

“Amerikada oxumağıma hər iki valideynim çox böyük dəstək oldu. Baxmayaraq ki, yaxın və uzaq qohumlar, hətta qonşular Amerikaya gedən xanıma yaxşı baxmırdılar. Amerikada 4-5 proqramın qalibi olmağımda məhz valideynlərimin böyük rolu olub. İlk dəfə 2005-ci ildə, 26 yaşımda Amerikaya səfər etmişəm. 2,5 ay proqramla Kaliforniya ştatına getmişdim və Lənkərandan seçilən tək müəllim mən idim”.

Şəxsi həyatından da danışan Aytəkin xanım həyat yoldaşı ilə Bakıda tanış olduğunu söyləyib.

“Yoldaşım azərbaycanlıdır, burada ailə qurub oraya getmişik. Bir-birimizi 2-3 ildir ki, tanıyırdıq. Sonra belə qərara gəldik ki, evlənək, yaşımız keçir artıq. O, Londona təhsil almağa getmişdi. Mən də Amerikada təhsil alırdım. Hər ikimiz təhsilə meyilli adamıq. Düşündük ki, təhsili bir-iki aylıq qoyaq kənara. Baxmayaraq ki, o, 5 il Londonda yaşayıb, biz birlikdə Amerikada yaşamağı qərara aldıq”.

“Yoldaşım ofisiant işləməkdən işə başlayıb. İlk maddi çətinliyimiz o vaxt olub. Yoldaşımla CV-lərimizi götürüb San-Fransiskonun küçələrini gəzib iş axtarmağa başladıq. Bütün küçələri gəzdik, bir-bir restoranlara girdik. Uşağımız doğulandan sonra daha yaxşı evə köçdük, maşın aldıq”.

İnstagram-dakı işi ilə bağlı isə Aytəkin xanım bunları deyib: “Yeni layihələr yarananda biz onu test edirik. Bir misal çəkə bilərəm. Hal-hazırda “İnstagram shopping” adlanan bir proqram var. Tutaq ki, siz hər hansı bir geyim geyinmisiniz, mən də sizin səhifəni izləyirəm. Sizin geyindiyiniz ayaqqabını çox bəyənmişəm. Istəyirəm mən də eyni ilə o ayaqqabıdan alım. Sizin ayaqqabının şəkli üzərinə “klik” edəndə hansı dükandan, nə qədər qiymətə almısınızsa, dərhal o səhifəyə keçid edilir və mən o səhifədən onu ala bilirəm. Bu hal-hazırda Amerikada aktivdir. O proqramın, məsələn, test versiyasını biz yoxladıq. Biz öz tövsiyələrimizi verdik ki, bunu belə etsək, yaxşı olar, yaxşı olmaz”.

“Azərbaycanda İnstagram-dan daha çox müğənnilər, şou-xəbərlər, bahalı geyimlər və buna oxşar səhifələr açılır. Məlumatverici və təlimatlandırıcı səhifələr çox azdır. Düşünürəm ki, buna səbəb gənclərin təhsilə yönümlü olmamasıdır”.

“Yoldaşım İbrahim bəy Facebook-da çalışır, o kontentə baxır. Məsələn kimsə yazır ki, “Azərbaycana nifrət edirəm” və yaxud “türklərə nifrət edirəm”. Elə bir şeyləri yoxlayır ki, görünməsin, onlara nəzarət edir. Yoldaşımın bir neçə azərbaycanlının orada işə qəbul olunmasında böyük rolu olub. Hazırda 3-4 azərbaycanlı, türk, xarici, immiqrantların İnstagram-da “resume”lərinin yerləşdirilməsində köməkçi olub”.

Aytəkin xanım bildirib ki, evdə uşaqları ilə azərbaycanca danışır.

“Amma uşaqlar öz aralarında ingilis dilində danışırlar. Bizə ingiliscə deyəndə, mən deyirəm ki, mən ingiliscə bilmirəm, mənə azərbaycanca de. Kaliforniyada böyük Azərbaycan icması var. İcma üzvləri bir-birinə çox böyük dəstək olurlar”.

7 il sonra Vətənə qayıdan Aytəkin xanım ölkəmizin inkişafından da söz açıb:

“Ölkəmiz bu 7 il ərzində həddindən artıq inkişaf edib. İşdir Vətənə birdəfəlik qayıtsam, elə bir yerdə işləmək istərdim ki, uşaqlara, gənc qızlara kömək edə bilim”.

Doğma Lənkəranı üçün darıxan müəllim bunları da söyləyib:

“Hər dəfə yatanda yuxuma 5 nömrəli məktəb girir. Görürəm ki, 5 nömrəliyə qayıtmışam, uşaqlara dərs keçirəm. Yuxudan dururam, “potolok”a baxıram, görürəm ki, hələ Amerikadayam, qayıtmamışam. Tez-tez yuxuma girir müəllimələr, şagirdlər. Şagirdlərimlə hələ də əlaqə saxlayıram”.

Cənub mətbəxinin şahı olan ləvəngini Amerikada məşhurlaşdıran Aytəkin xanım hər dəfə onlara qonaq gəlməzdən öncə ondan ləvəngi bişirmələni xahiş etdiklərini də bildirib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

Oxşar xəbərlər