Lənkəranda həssas qrupa daxil olan şəxslər üçün təmənnasız hüquq xidməti göstəriləcək. Bu haqda bu gün, 24 fevral tarixində Cenublu.az Əngəlsiz Həyat Facebook səhifəsinə istinadən xəbər verir.
Görüş 25 fevral saat 11:00-da Lənkəran şəhər Gənclər və İdman İdarəsinin binasında keçiriləcək. Hüquqi yardıma ehtiyacı olan həmin kateqoriyaya aid şəxslər müraciət edə bilərlər.