top
Lənkəranda 1990-cı ilin yanvar hadisələri - VİDEO
26 yanvar 2025, 00:00
- ↺ +

Lənkəranda 1990-cı ilin yanvar hadisələri - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1989-cu ilin dekabr ayında Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul edib. Bu qərar Azərbaycan xalqı tərəfindən etirazla qarşılanıb. Lənkəranlılar etiraz əlaməti olaraq 11 yanvar 1990-cı ildən bir sıra tələblər irəli sürməklə Lənkəranda yerli hakimiyyətin fəaliyyətini dayandırdılar. Bu işdə rayon partiya komitəsi, təhlükəsizlik orqanları da xalqa dəstək olub. Aksiyalar yanvarın 25-nə qədər davam edib.

Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda kütləvi qırğın törətdilər. Daha sonra rus qoşunları bir sıra rayonlarda da qırğınlar edib. Həmin zaman Lənkəran siyasi hakimiyyətə etiraz edib. Bu səbəbdən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Lənkəranda olan nümayəndəliyi ilə görüş keçirilib. Görüşdə imzalanan protokolun əsas şərti o idi ki, Lənkəran Xalq Cəbhəsinin (LXC) nümayəndələri onlarda olan silahları təhvil verir və bunun qarşılığında sovet ordusu şəhərə daxil olmur. Bu görüş 25 yanvar 1990-cı ildə gecə saat 12 radələrində başladı və gecə saat 3:00-a qədər davam edib. Nəticədə razılaşma protokolu imzalanıb. Bir gün sonra, 26 yanvar günorta saat 15:00-a qədər bütün silahlar toplanıb.

26 yanvar şəhər üzərində hərbi vertolyotlar uçurdu. Günorta saatlarında LXC-nin idarə heyətinin üzvləri və bir neçə könüllü Haftoni meşəsinə getdilər. Buna səbəb isə Milli Müdafiə Batalyonunun həmin meşəyə çəkilməsi idi. Onlar Milli Müdafiə Batalyonuna silahlarını qoyub ərazini tərk etmələrini bildirmək istəyərkən 30-40 metr aralıda hərbi vertolyot yerə enib. Vertolyotdan sovet əsgərləri yerə tullanaraq meşəyə tərəf qaçdılar. Sonra isə məlum oldu ki, meşədə 4 əsgər qətlə yetirilib və 1 nəfər motosikletçi ərazidən keçərkən atəşə tutulub. Həmçinin meşədə tutulanlardan 46 nəfər Rusiyadakı həbsxanalara göndərilib və 4 ay işgəncələrə məruz qaldıqdan sonra buraxılıblar.

1990-cı ilin yanvar hadisələri zamanı, Lənkəran 11 şəhid verib. Onlardan 5 nəfəri Bakıda 20 Yanvar qırğınları vaxtı şəhid olub, 5 nəfəri Lənkərandakı Haftoni meşəsində və 1 nəfər isə vertolyotda həlak olub, cəsədi isə Bakıda tapılıb. Hazırda 11 şəhidin məzarı Lənkəran şəhərindəki “Yanvar şəhidləri” abidə kompleksində yerləşir.


 











View this post on Instagram























 

A post shared by Cenublu.Az (@cenublu.az)


Son xəbərlər

Kriminal
Bu gün, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Bu gün, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Bu gün, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Bu gün, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Bu gün, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Bu gün, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Bu gün, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Bu gün, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Bu gün, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Bu gün, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Bu gün, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Oxşar xəbərlər