Lənkəran Dövlət Dram Teatrının səhnəsində Atol Fuqardın "Dimetos" əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olacaq.
Cenublu.az xəbər verir ki, tamaşanın premyerası oktyabrın 7-si saat 17:00-da başlayacaq.
Rolları Əbülfəz Axundov, Məleykə Cəfərova, Təranə Fərəcova, Emil Rzayev canlandırırlar.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Nərgiz Baxışzadə, bəstəkarı isə Azər Hacıəsgərlidir.