Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi cari həftədə keçiriləcək tədbirlərin cədvəlini açıqlayıb.
Belə ki:
19-23 avqustda Lənkəran Gənclər Evində "Youth4Youth: Gənc Təlimçilərin İnkişaf Proqramı";
21 avqusta Lənkəran Gənclər Evində "Sənin səsin-Sənin gələcəyin" mövzusunda maarifləndirici tədbir;
22 avqustda Lerik şəhər Heydər Əliyev Mərkəzində, Masallı Gənclər Evində və Cəlilabad Heydər Əliyev Mərkəzində "Sənin səsin-Sənin gələcəyin" mövzusunda maarifləndirici tədbir;
23 avqustda Astara Gənclər Evində "Sənin səsin-Sənin gələcəyin" mövzusunda maarifləndirici tədbir baş tutacaq.