Avqustun 19-dan 26-dək Hirkan milli parkında gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən verir.
Milli parkın cənub zonasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 19 və 20 avqust gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 29-33° isti olacaq.