Cəlilabaddan olan müğənni Elçin Cəfərov paylaşımı ilə diqqət çəkib.
Cenublu.az xəbər verir ki, estrada ulduzu efirdə dalaşan sənətçiləri İnstaqram səhifəsində yayımladığı post vasitəsi ilə tənqid edib.
“Bu efirdə dava-dalaşı yığışdırın da... Efir, mədəniyyəti təbliğ etmək üçündür, ey incəsənət əhli. İncə sənət əhli... Hərənin özünə görə problemləri var, niyə özünüzə qarşı qıcıq yaradırsınız? Niyə yorursunuz bu milləti? Xoşunuza gəlir insanlar tərəfindən təhqir olunanda?”, - deyə Elçin vurğulayıb.