top
Cəlilabadda 1990-cı ilin yanvar hadisələri
22 yanvar 2025, 23:15
- ↺ +

Cəlilabadda 1990-cı ilin yanvar hadisələri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna sovet ordusu yeridilərək, dinc əhali kütləvi şəkildə qətlə yetirilib.

Qanlı Yanvar faciəsindən sonra Azərbaycanın müxtəlif yerlərində mitinqlər keçirilirdi. Həmin zaman Cəlilabadda azadlıq hərəkatı fəal olduğundan sovet ordusu bu əraziyə hücum edib. Rus generalı Aleksandr Lebed öz xatirələrində yazıb: “Qala aeroportundan Cəlilabada doğru 5 “Mİ-8” helikopteri uçdu. Hər helikopterin içərisində 15 nəfər adam və müxtəlif silahlar: dəbilqələr, zirehlər, 3 pulemyot, 3 “AGS-17” qumbaraatanları, pulemyotlar və digərləri… 5 dəqiqəlik fasilə ilə daha 16 müxtəlif modifikasiyalı helikopter aerodromdan havaya qalxdı. Tula alayının komandiri polkovnik V.İ.Orlovun rəhbərlik etdiyi gücləndirilmiş hava desant batalyonu Cəlilabada getdi”. 

Nəticədə 1990-cı il yanvarın 23-dən 24-nə keçən gecə yerli əhali qanunsuz həbs edilib.

Həmin zaman həbs olunaraq ağır işgəncələrə məruz qalan hadisə şahidlərindən biri Mirşamil Mürsəlovdur: “20 Yanvar faciəsinin davamı olaraq yanvarın 24-də sovet imperiyasının əsgərləri сəlilabadlılara divan tuturdu. Biz Cəlilabaddakı meydanda Bakıda azadlıq uğrunda canlarını fəda etmiş həmvətənlərimizə hüzr mərasimi keçirirdik. Tanklar həmin hüzr mərasimlərini dağıtdı, kütləvi həbslərə başlanıldı. Həmin hadisələrin iştirakçısı olaraq mən də həbs olundum”.

Cəlilabadda o dəhşətli gecənin şahidlərindən biri də Səxavət Məhərrəmov olub. Onun sözlərinə görə, Cəlilabadda baş verən yanvar hadisələrində 100-dən çox sakin yaralanaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan əlavə, aldığı güllə yaraları ağır olduğundan onlardan 14 nəfər ömrünün sonuna kimi əlil qalıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Oxşar xəbərlər