top
Bu gün UNESCOnun Riyazi Geoloqlar Cəmiyyətinin üzvü Bağır Bağırovun ad günüdür
12 avqust 2022, 02:00
- ↺ +

Bu gün "UNESCO"nun Riyazi Geoloqlar Cəmiyyətinin üzvü Bağır Bağırovun ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bağır Əli oğlu Bağırov 12 avqust 1936-cı ildə Masallı rayonunun indiki Ərkivan qəsəbəsində müəllim ailəsində anadan olub [3].

O, orta təhsilini Ərkivan qəsəbəsində, daha sonra isə Masallı şəhər 1 saylı orta məktəbində alıb. Bağırov 1953-cü ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-Kəşfiyyat fakültəsinə daxil olub. O, 1958-ci ildə Balaxanıneft mədənlər idarəsinə işə qəbul edilib. Həmin zaman alim neft geologiyası elminə böyük maraq göstərdiyindən, geologiya-mineralogiya üzrə elmlər doktoru Həsən Əhmədov onu elmi tədqiqat işlərinə cəlb edib. 1968-ci ildə Bağırov geologiya-mineralogiya elmləri namizədi adına layiq görülüb.

Geoloq 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Dəniz Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda işləməyə başlayıb. Onun elmi fəaliyyəti Azərbaycanın uzun müddət işlənilən neft yataqlarının ehtiyatlarından səmərəli istifadəsi ilə əlaqədar olub. Bağırovun elmi əsərləri SSRİ-də və bir çox xarici ölkələrdə dərc olunub. Alimin bir neçə əsəri SSRİ Elmlər Akademiyası tərəfindən ən mühüm nəticə kimi qiymətləndirilib [1]. 1984-cü ildə Moskva şəhərində İ.M.Qubkin adına İnstitutda Bağır "Neft yataqlarının işlənilmə effektivliyinin artırılmasının geoloji əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Alim 1989-cu ildə Azərbaycan Neft Akademiyasının Neft-qaz mədən geologiyası kafedrasında çalışıb. O, Yəmən, Əfqanıstan, Vyetnam və digər ölkələr üçün elmi kadrlar hazırlayıb [1].

1990-cı ildə Bağırova professor, 2002-ci ildə isə mineralogiya elmləri doktoru adı verilib [1,2]. O, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb [3].

Bağır Bağırov 300-dən artıq elmi işin müəllifidir [3]. Onun "Azərbaycanın dəniz-neft yataqlarının geologiyası və istismarı problemləri" monoqrafiyası alimi dünyaya tanıdıb [2]. Bağırov Çexiya, Macarıstan, Çin, Səudiyyə Ərəbistanı, İngiltərə və digər ölkələrdə keçirilmiş konfrans və simpoziumlarda çıxış edib [1]. O, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin Prezidenti, həmçinin Amerika Neftçi Geoloqlar cəmiyyətinin və Avropa Geoloji mühəndislər birliyinin üzvüdür [1,3]. Bundan əlavə o, 1984-cü ildən “UNESCO”-nun Riyazi Geoloqlar Cəmiyyətinin də üzvüdür [2].

Ədəbiyyat:


  1. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

  2. Nurəddin Ədiloğlu, Fərahim Xələfli. Masallı cənnət misalı. Bakı-2013.

  3. https://science.gov.az/az/forms/chlenyikorrespondentyi/32

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Bu gün, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Bu gün, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Bu gün, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Bu gün, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Bu gün, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Bu gün, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Dünən, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Dünən, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Dünən, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Dünən, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Dünən, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Dünən, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Dünən, 09:51

Lerikli şəhidimizin ad günüdür

Oxşar xəbərlər