top
Bu gün əsəri Vaşinqtondakı Ağ evdə saxlanılan rəssam Kamil Nəcəfzadənin anım günüdür
28 iyun 2023, 23:31
- +

Bu gün əsəri Vaşinqtondakı Ağ evdə saxlanılan rəssam Kamil Nəcəfzadənin anım günüdür

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində anadan olub [1]. O, kinorejissor Şamil Nəcəfzadənin atası, rejissor Günel Nəcəfzadənin babasıdır [2].

Orta məktəbi bitirdikdən sonra o, 1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxumuş, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda ali təhsil almışdır. O, 1955-ci ildə Bakıya qayıdaraq, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb [3].

Rəssamın əsərləri Yaponiya, Türkiyə, Almaniya, Fransa, Kanada və bir çox ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə edib.

Nəcəfzadənin 30 ildir Amerikada yaşayan qızı Aynur Nəcəfzadə demişdir: “Ötən müddət ərzində ABŞ-də atamın 4 sərgisi açılıb və onun daha geniş coğrafiyada tanınmasına nail olub. Kamil Nəcəfzadənin Bakı haqqında rəsm əsəri hazırda Ağ evdə asılıb”.

O, 40-a yaxın bədii və tammetrajlı filmlərin tərtibatçısı olub. Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Sən niyə susursan?”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar” və s. filmlərdə quruluşçu rəssam kimi işləyib [2].

Sənətkar müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub, ömrünün sonunadək yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub [3].

Nəcəfzadə, həmçinin bir sıra dram tamaşalarına bədii tərtibat vermişdir. Onların sırasında 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Knyaz”, 1974-cü ildə S.Vurğun adına Rus Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” tamaşaları var [2].

O, 1976-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adını alıb və “Şöhrət” ordeninə layiq görülüb [3].

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə Bakı şəhərində vəfat edib [1].

20-27 dekabr 2019-cu ildə Bakıda Muzey Mərkəzində Kamil Nəcəfzadənin 90 illik yubileyinə həsr edilmiş sərgi təşkil edilmişdir [4].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. http://www.gunaydin.az/news/7607

  3. http://anl.az/down/meqale/azerbaycan/2011/iyun/188394.htm

  4. http://www.anl.az/down/meqale/medeniyyet/2019/dekabr/691934.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Bu gün, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Bu gün, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Bu gün, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Bu gün, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Bu gün, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
Dünən, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Dünən, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 15:25

Sabirabadda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 14:50

Şəhid İlkin Kazımovun doğum günüdür

İdman
Dünən, 14:20

Astaralı güləşçilər Türkiyədən iki bürünc medalla qayıdıblar

Bütün xəbərlər
Dünən, 13:53

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 13:25

Sabah hava necə olacaq?

Oxşar xəbərlər