top
Astaralı bələdçi: “Dedilər, Şakir, sən bu işə başla, alınacaq” - MÜSAHİBƏ
01 oktyabr 2024, 05:12
- +

Astaralı bələdçi: “Dedilər, Şakir, sən bu işə başla, alınacaq” - MÜSAHİBƏ

Azərbaycanın bütün bölgələri gözəllikləri və müxtəlif təbiət mənzərələri ilə tanınır. Hər bir bölgənin özünəməxsus cəhətləri, mədəniyyəti, adət-ənənələri var, bu da Azərbaycanın zəngin təbiətini və mədəni irsini daha da artırır.

Onlardan biri də cənubda yerləşən Astara rayonudur. Astara, təbiət və mədəniyyətin bir araya gəldiyi unikal bölgədir. Rayonun Sım kəndi də gözəl təbiəti və yerli mədəniyyəti ilə tanınan bir yerdir. İnsanları qonaqpərvərliyi ilə seçilirlər. Orada yaşayanlar, turizm sahəsində də müəyyən addımlar atırlar.

Cenublu.az-ın əməkdaşı yerli və xarici turistlərə bələdçilik edən, bloqer Şakir Fərəcov ilə həmsöhbət olub. O, Sım kəndi haqqında geniş məlumat verib.

Müsahibəni təqdim edirik:

- Şakir bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1979-cu il mayın 22-də Astara rayonun Sım kəndində anadan olmuşam. Elə dünyaya göz açdığım kənddə də yaşayıram.

- Necə oldu ki, bu işə başladınız? Bələdçiliyə marağınız necə yarandı?

- Kəndimizi ziyarət edənlərə bələdçilik edirdim. Bölgəmizi tanıtmağı özümə borc bilirəm. Bir gün kəndə ziyarət edən bloqer yoldaşlardan biri dedi ki, “Şakir, sən bu işə başlasan, daha yaxşı olar, səndə alınacaq. Çünki insanlara çox gözəl yerləri kəşf etdirməyi bacarırsan”. Həmin bloqer çox dəstək oldu. Sonra mən də bu işə başladım.

- Gələnləri evinizdə də qonaq edirsiniz?

- Bəli, gələn qonaqları öz evimdə də qonaq edirəm. Burada kirayə kənd evləri də var. Hər şey ilə təmin edirik. Söhbətlər aparırıq, talış mətbəxindən olan yeməkləri onlara təqdim edirik.

- Bu günə qədər nə qədər turist ziyarət edib?

- Dəqiq say deyə bilmərəm. Bu yaxınlarda 100 nəfərə yaxın bir heyəti qəbul etmişəm. 60 nəfərlik qrupla sırf dağları gəzdik və çay süfrəsinə qonaq oldular. Digər 40 nəfərlik qrup isə talış təamlarından dadmaq istəyirdilər.

- Tanınmış insanlardan kimlərə bələdçilik etmisiniz?

- Məşhurlardan ilk dəfə aktrisa, müğənni Oksana Rəsulovaya bələdçilik etmişəm. Bir çox digər tanınmış şəxslərə də xidmət göstərmişəm.

- Bələdçiliyiniz turizmin inkişafı üçün də əhəmiyyətli rol oynayır. Sizcə, turizmin inkişafı üçün çatışmayan hansı cəhətlər var?

- Bizim ən böyük iki problemimiz var. Yol və qaz. Turistlər bir təhər də olsa, gəlirlər. Qalmaq üçün kənd evi istəyirlər. Görürlər ki, qaz yoxdur.

- Burada ən çox ziyarət olunan yerlər hansılardır? Sizin üçün bu bölgənin ən gözəl yeri haradır?

- Sımda çoxlu gəzməli və görməli yerlər var. Ən tanınmış yeri Sım şəlaləsi deyilən ərazidir. Ən çox da elə bu şəlalə ziyarət olunur. Yuxarı Şirhal Şəlaləsi, Aşağı Şirhal Şəlaləsi məşhurdur. Tozhaxana, Şah Daş və Qazan Daşı məşhur yerdir. Anginahal deyilən yerə Ballı Qaya da deyilir. Ora gözəldir. Azərbaycanın hər yeri gözəldir.

- Turistlərə yerli mətbəxdən hansı yeməkləri tövsiyə edirsiniz?

- Talış mətbəxindən olan xüsusi yeməklər var. Ən çox ləvəngi istəyirlər. Kənd çolpasından ləvəngi hazırlanır, plov da dəmlənir. Qoz küküsü də istənilir. Bu yeməklərə üstünlük verilir. İstəyənlərə mən də sırf talış mətbəxini tövsiyə edirəm. Zərən adlı şirniyyat da dadlıdır. Bəyənilir. Dadmağa dəyər. Yeməklərin qiyməti adambaşı hesablanır. 20 nəfərlik qrup gələndə menyunu hesablayıb deyirik. Çox baha da demirik ki, turistlər qaçmasın. Əlavə zəhmət haqqı da alırıq.

- Burada hansısa festivallar keçirilir?

- Bizim kənddə festivallar keçirilmir. Lakin Lənkəran və Astarada bir-iki yerdə festivallar keçirilib. Mən də dəvətli olaraq iştirak etmişəm.

- Bölgədə hansı açıq hava fəaliyyətləri mövcuddur?

- Turistlər gəlib açıq havada düşərgə qurub, gözəl musiqilərə qulaq asırlar. Oynayır, əylənir, gəzintilərini edirlər.

- Bura gələn turistlər üçün ən faydalı məsləhətiniz nədir?

- Ən faydalı məsləhətim odur ki, gəlsinlər, görsünlər. Ən əsas gəzib, görmək və kəşf etməkdir. Kənd camaatı ilə yaxından tanış olun. Ən böyük məsləhətim bu olar.

- Yerli insanların gündəlik həyatı necə keçir?

- Kənd əhalisi əkinçilik, maldarlıq və arıçılıqla məşğul olur. Kəndimizdə məktəb və mədəniyyət evində çalışanlar da az deyil. Kənd əhalisinin 70 faizdən çoxu arıçılıqla məşğuldur.  Kənddə 900-dən çox insan yaşayır. Yaşlı nəsildən olanlar azdır, cavan nəsil çoxluq təşkil edir. Kəndimizdə dəmirçilik də xüsusi rol oynayır. Köhnə dəmirçi yeri var. Orada hər şey hazırlanır.

- Turistlər burada daha uzun müddət qalmaq üçün hansı imkanlardan yararlana bilərlər?

- Turistlərə uzun müddətli qalmaları üçün kənd evləri var. Kirayə tutub, qalırlar, gəzməyə çıxırlar. Kənd evlərinin bir günlük kirayə haqqı 50 manatdan 100 manata qədər dəyişir. Xarici və yerli turistlərə fərq qoymuruq.

- Sizin həyətinizdə hansı yeməkləri dadmaq mümkündür?

- Sırf bizim həyətdə hamıda olduğu kimi kənd çolpası, talış menyusuna aid bütün yeməkləri dada bilərsiniz. İsti təndir çörəyi, keçi pendiri ən çox təklif ediləndir.

Video teleqram kanalımızda:

https://t.me/cenublu_az/6719

 

Nəzrin Vahid

[URIS id=66634]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Bu gün, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Bu gün, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Bu gün, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Bu gün, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Bu gün, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Bu gün, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Bu gün, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Bu gün, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
Dünən, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Dünən, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 15:25

Sabirabadda qaz olmayacaq

Oxşar xəbərlər