top
Astarada qədim tarixə malik qaya: “Nüdiz qala”
30 dekabr 2024, 03:14
- ↺ +

Astarada qədim tarixə malik qaya: “Nüdiz qala”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Nüdiz qala” adlı qaya Astara rayonunun Toradi kəndində, Gəlin qayalarından 1,5 km şimal-qərbdə, Astara və Lerik rayonlarının sərhədində, qərb-şərq istiqamətində uzanan dağ silsiləsində yerləşir. Keçmişdə bu zirvə müdafiə və nəzarət məqsədi ilə istifadə edilib.

Nüdiz sözü talışca “nü” (təzə, yeni), “diz” (qala) sözlərinin birləşməsindən alınıb, tərcümədə “yeni qala” deməkdir.

Qayanın şimal yamacında və onun ətəyindəki sahədə arasında şirli qab fraqmentləri olan saxsı nümunələr aşkar edilib. Arxeoloji tapıntılara əsasən, bu ərazi e.ə. I minilliyin sonundan II minilliyin əvvəllərinə qədər yaşayış üçün istifadə edilib. Burada içməli su bulağının olması da yaşayış üçün əsas amillərdən biri idi. Bu ərazinin ətrafında bir neçə kurqan, həmçinin daş qutu tipli üç qəbirin qalıqları da aşkarlanıb.

“Nüdiz qala” ilə bağlı bir rəvayət mövcuddur. Deyilənə görə, Talış şahı yay aylarını Hamoşam kəndindən 8 km aralıda, sərin bulaqları olan yaylaqda keçirərmiş. Şah yaylağa gələndə bacısı Bibixanımı və onun yeganə qızı Gülsümü də özü ilə gətirərmiş. Gülsümün gözəlliyi haqqında söz-söhbət hər tərəfə yayılırdı. Bir dəfə 4 sərkərdə - Şindan, Kafa, Əspinə və Nüdiz qıza elçi düşürlər.

Gülsüm isə ağıllı olduğundan onlara şərt qoyur: “Kim məni almaq istəyirsə, düşməndən mühafizə olmaq üçün qala ucaltmalıdır. Qalanın tikintisini birinci başa vuran tonqal yandırmalıdır. Mən həmin şəxsə ərə gedəcəm”.

Sərkərdələr qalaların tikintisinə başlayırlar. Bir sərkərdənin anası ona deyir: “Sən tez od qalayıb, tüstü çıxar, qızı alaq, sonra işini davam edərsən”. Oğlan belə də edir. Nəticədə Əspinə, Kafa və Nüdiz qoşunlarını götürüb, həmin ərazini tərk edirlər. O vaxtdan həmin qalalar onların adlarını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Oxşar xəbərlər