top
Astarada ekzotik meyvələrin yetişdirilməsinə start verilib
20 dekabr 2022, 06:30
- ↺ +

Astarada ekzotik meyvələrin yetişdirilməsinə start verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunda 45 hektar ərazidə avokadonun, 10 hektar ərazidə isə yeni limon sortlarının yetişdirilməsi üçün bağ salınır. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Marja.az-a istinadən verir.

“Azorganik” Kənd Təsərrüfatı Kooperativinin sədri Faiq Osmanlı bildirib ki, bu bağ “Azorganik”in İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə aldığı 1 milyon manat güzəştli kredit hesabına salınır.

Sahibkar deyir ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq: avokado, manqo, marakuya, taiti lime, qreypfrut, pomela, limonun yeni növləri (Zagara Bianca, Kutdiken, Enterdonant, Lamas, Yediveren), kinkan, banan, portağal (karakara, Sweet Red, Fukomoto Navel növləri), naringinin WMurcott növü.

“Bəzi meyvələr, məsələn: banan, pitaya, papaya Astarada açıq şəraitdə də yetişdirilə bilər. Amma onların bir qismi istixana şəraitində yetişdirilməlidir. Buna görə də bizim layihəmiz iki mərhələdən - açıq ərazidə və istixana şəraitində bağların salınmasından ibarət olacaq. İlk mərhələnin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyi dəstək göstərib. Layihəmiz uğurla davam edir, artıq avokado və limon bağlarının salınması prosesi yekunlaşıb. Layihəmizin ikinci mərhələsində istixana şəraitində banan, pitaya və papaya meyvələri yetişdiriləcək. Bununla bağlı banklarla və İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparırıq. Layihəmizin ikinci hissəsinə dəstək alsaq, onu çox qısa zaman ərzində həyata keçirə, bu ilin sonunda ilk banan və pitaya məhsullarımızı əldə edə bilərik”.

F.Osmanlının sözlərinə görə, yeni saldıqları bağdan əldə edəcəkləri meyvələrin satışına və ixracına təxminən 3 il sonra başlayacaqlar: “Sadaladığım meyvələrin hamısı ölkəyə idxal edilir. Bu idxalın bir qisminin qarşısını alsaq, ölkədən valyuta çıxmasının da qarşısı müəyyən qədər alınar".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər