top
9 May – faşizm üzərində Qələbə Günüdür
08 may 2025, 13:00
- ↺ +

9 May – faşizm üzərində Qələbə Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün 9 May – dünya tarixində dönüş nöqtələrindən biri olan faşizm üzərində Qələbə Günüdür. Alman faşizmi üzərində qazanılan böyük zəfərin bu il 80-ci ildönümünü qeyd edirik. 

Azərbaycan xalqı bu müharibədə həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz qəhrəmanlıq və fədakarlıq nümunələri göstərmişdi. 

Cənub bölgəsinin igid övladları

Müharibədə cənub bölgəsinin də fədakarlığı danılmazdır. Lənkəran rayonundan 10 minədək döyüşçü iştirak etmiş, onların 7 mini geri dönməmişdi. Bu igidlər arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Baloğlan Abbasov, Xan Babayev, Şalı Caniyev, Hüseyn Cavadov, Hüseyn Heydərov, Sayad Hüseynov, Mirkərim Kazımov, Manaf Kələntərli və başqaları yer almışdır. Aviasiya döyüşlərində iştirak edən lənkəranlı təyyarəçi Qurban Kərimovun şücaəti də xüsusi qeyd olunmalıdır.

Astara rayonundan isə Böyük Vətən müharibəsində 5612 nəfər iştirak etmişdi. Onlardan 3 nəfəri Sovet İttifaqı Qəhrəmanı, 2 nəfəri isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. Müharibədən sağ qayıdanların sayı 3721 nəfər idi. Astaradan çıxmış adlı-sanlı döyüşçülər sırasında Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadov, Mirzə Cəbiyev, İlya Kaverin, üç “Şöhrət” ordenli Rəhmət Hətəmov və Ağahəsən Nəhmətov kimi igidlər yer alır.

Masallı rayonundan isə 10.914 nəfər müharibədə iştirak etmişdi. Onlardan 4248 nəfəri geri dönməmiş, 5093 nəfəri həlak olmuş, 1573 nəfər isə itkin düşmüşdü. Masallılı döyüşçülər Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş, 28 nəfər “Qırmızı Ulduz”, 17 nəfər “Şöhrət”, 10 nəfər “I dərəcəli Vətən müharibəsi”, 1 nəfər isə “Lenin” ordeni ilə təltif olunmuşdur. Bu igidlər arasında Ağamir Fəttayev, Zülfi Xudaverdiyev, Ziyad Həsənov, Adəm Seyfullayev, Fəyyaz Fərəcov və digərləri xüsusi ilə seçilirlər.

Lerik rayonundan 6500 nəfər müharibəyə yola salınmış, 1584 nəfər həlak olmuş, sağ qayıdan 4140 nəfərdən 3314-ü müxtəlif dərəcələrdə yaralanmışdı. 600-dən çox lerikli orden və medallarla təltif olunub. 

Biləsuvar rayonundan isə 4 mindən çox insan müharibədə iştirak etmiş, onlardan 700 nəfər müxtəlif orden və medallarla təltif olunmuş, 700 nəfər isə geri dönməmişdi.

Cəlilabad rayonundan isə 6 mindən çox döyüşçü cəbhəyə yollanmış, onların yarıdan çoxu doğma torpaqlarına qayıtmayıb.

İkinci Dünya müharibəsində canlarından keçənlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi rəşadət və fədakarlıq gələcək nəsillər üçün örnəkdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq

İdman
Bu gün, 16:53

Sabirabadın "Marafon" klubundan sensasiya: Daha güclü liqanın komandasını Kubokdan kənarlaşdırdı

Bütün xəbərlər
Bu gün, 16:28

Salyan sakini anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

Bütün xəbərlər
Bu gün, 15:37

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Bütün xəbərlər
Bu gün, 14:38

İgid şəhid Cəlil Cavadovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 13:45

Sabah Yardımlıda qaz olmayacaq

Bütün xəbərlər
Bu gün, 13:10

Həlak olmuş əməkdaşın ailəsinə medallar təqdim edilib

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 11:55

Astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 11:18

Neftçalalı qazinin qətli ilə bağlı DETALLAR

Bütün xəbərlər
Bu gün, 11:00

Masallıda bu gün işıq olmayacaq

Bütün xəbərlər
Bu gün, 10:28

Neftçalada avtoqəza: Xəsarət alanlar var

Kriminal
Bu gün, 09:29

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

27 oktyabr 2020-ci il: Vətən müharibəsinin 31-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Biləsuvar bazarını yağış suları basıb - VİDEO

Bütün xəbərlər
Dünən, 17:28

Masallının keçmiş icra başçısı əməliyyat zamanı öldü

Bütün xəbərlər
Dünən, 17:00

Lənkəranda sitrus festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:15

Sabah Saatlıda qaz olmayacaq Sabah Saatlıda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 15:40

Lerikli şəhid Ağamid Ağacəfərlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 15:10

Bahar Muradova Salyanda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 14:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:54

Qarabağ qazisi vəfat etdi

Kriminal
Dünən, 13:32

Saatlıda bibisi oğlunu öldürənə HÖKM

Oxşar xəbərlər