Lənkəran, Yardımlı, Astara, Masallı, Cəlilabad və Biləsuvar Rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində sözügedən rayon ərazilərində reydlər keçiriblər.
Cenublu.az xəbər verir ki, reydlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təşkil olunub.
Reydlər zamanı avtonəqliyyat vasitələrinə baxış keçirilib, sürücülər barədə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.