top
Şəhiddən qalan SON FOTO: Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa
28 aprel 2026, 17:50
- +

Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa"

"Hərbçi ilə ailə qurmaq onunla birlikdə xidmət etmək deməkdir".

Modern.az xəbər verir ki, bunu "Şəhiddən qalan son foto" rubrikasında Vətən müharibəsinin iştirakçısı, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanovun həyat yoldaşı Arzu Şirvanova deyib.

Şəhidin xanımı həyat yoldaşının şəhid olmazdan bir gün öncə çəkilmiş ən son fotosunu təqdim edib.

"Bu şəkli Mehman şəhid olmazdan bir gün əvvəl dostuna atıb, deyib ki, saxla, lazım olar. Mehman mənə çox vaxt söz deməzdi. Bilirdi ki, çox darıxıram, narahat oluram. Müharibə başlayanda da dostlarına deyib ki, mən şəhid olacam", - deyə Arzu Şirvanova bildirib.

Onun sözlərinə görə, Mehman çox güclü, uzaqgörən zabit olub:

"Döyüş yoldaşları da bunu daim təsdiqləyirdi. O, gəncliyini, həyatını hərbi xidmətə həsr etmişdi. Xidmət illərinin böyük hissəsini cəbhə bölgələrində, dağlarda, postlarda keçirmişdi.

Mehman haqqında çox söz demək olar. Amma nə kitablar, nə jurnallar, nə də qələm onun necə biri olduğunu tam ifadə edə bilər. Biz onunla 10 il birlikdə yaşadıq, artıq 6 ildir onsuz qalmışıq - bu illəri sözə sığdırmaq mümkün deyil".

Şəhiddən qalan SON FOTO: Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa

Şəhidin 26 sentyabr 2020-ci ildə çəkilmiş fotosu

Arzu xanımla həyat yoldaşının tanışlığının maraqlı tarixçəsi olub:

"Mehmanla tanışlığımız onun bacısının toyunda baş verib. Orada məni görüb bəyənib, qonaq gəlmişdilər. Biz bir-birimizi uzun illər tanımadan ailə qursaq da, aramızdakı sevgi və bağlılıq illərlə qurulan münasibətlərə meydan oxuyacaq qədər güclü idi. 2010-cu ildə ailə həyatı qurduq. Onda mənim 19 yaşım var idi, Mehman isə məndən 11 yaş böyük idi. O, həmişə qayğıma qalar, mənə uşaq kimi yanaşar, nazımı çəkərdi.

Mehmanla birgə çox çətinliklərimiz, ağır günlərimiz də olub. Evlənəndən 8 il sonra qızımız - Nuray dünyaya gəldi. Mehman şəhid olanda Nurayın cəmi 1 yaş 10 aylıq idi. İndi isə artıq 2-ci sinifdə oxuyur.

Mehmanla birlikdə çox yerlər gəzmişəm, onunla hər yerə getmişəm. Amma onun getdiyi o son məqama - şəhidlik zirvəsinə birgə gedə bilmədim... Onun gedişi məni sanki bir anda qocaltdı. Amma bu gün Mehman özü olmasa da, onun sevgisi bizimlədir. Xatirəsi şeirlərdə, hekayələrdə, sənədli filmlərdə yaşayır. İnanıram ki, Mehman kimi qəhrəmanlar heç vaxt unudulmayacaq".

O, həyatını, gəncliyini - hər şeyini hərbi yola verdi

"Heç nədən qorxmazdı, gözündə qorxu yox idi. Müharibə başlayanda da bilirdim ki, geri qalmayacaq. Çox qorxurdum və qorxduğum başıma gəldi.

Mehman xidmət etdiyi illərdə demək olar ki, evdə olmazdı. Nə bayram, nə şənlik… Həmişə deyirdi ki, əsgərlərimin mənə ehtiyacı var, onları valideynləri bizə əmanət edib, yanında olmalıyam. Onun üçün hərbi xidmət, əsgərləri hər şeydən öndə idi.

23 il bir igidin ömrüdür… Mehman ömrünün bu qədərini Vətən yolunda yaşadı. Mən bu gün də bilirəm ki, əgər yenidən seçim qarşısında qalsaydım, onun şəhid olacağını bilsəm belə, yenə də Mehmanı seçərdim.

Yaxşı ki, onunla bağlı xatirələrim var. Yaxşı ki, onun kimi bir insanın həyat yoldaşı olmuşam. Bu gün onun adını, onun övladını yaşadıram və bununla fəxr edirəm", - deyə şəhidin həyat yoldaşı söyləyib.

Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Polkovnik-leytenant Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elə həmin gün də Murovdağ döyüşlərində şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.

Prezident İlham Əliyevin 09.12.2020, 15.12.2020 və 24.06.2021-ci il tarixli sərəncamlarına əsasən, Mehman Şirvanov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq və igidliyə görə "Qarabağ" ordeni, ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Son xəbərlər

Kriminal
Bu gün, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Bu gün, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Bu gün, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Bu gün, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Dünən, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Dünən, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Dünən, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Dünən, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Dünən, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Dünən, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Dünən, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Dünən, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Dünən, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Dünən, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
21 sentyabr 2026, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
21 sentyabr 2026, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Oxşar xəbərlər