Neftçala rayonunda uzun illər təhsil sahəsində çalışmış Aida müəllim vəfat edib.
Cenublu.az xəbər verir ki, o, T. İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib.
Aida müəllim peşə fəaliyyəti dövründə yüzlərlə şagirdin təlim-tərbiyəsində və savadlanmasında mühüm rol oynayıb, həmkarları və yetirmələri tərəfindən böyük hörmət qazanıb.
Allah rəhmət eləsin!