Lənkəran şəhər sakinləri məhəllələrindəki asfalt örtüyünün təmir olunacağı günü gözləyirlər. Bu haqda bu gün, 17 avqust tarixində Cenublu.az xəbər verir.
Söhbət şəhərin Molla Baba Axund küçəsindən gedir. Sakinlər bildirirlər ki, asfalt örtüyü uzun müddətdir ki deformasiyaya uğrayıb. Yollar isə təmir olunmayıb.
“İndi hələ yaxşıdır, payız gələn kimi Lənkəranda yağan yağışlar buranı palçıq edəcək. Uşaqlar məktəbə rahat gedib-gələ bilmirlər. Şəhərin mərkəzində rezin çəkmələr geyinirik”, - deyə sakin qeyd edib.