Masallıda yolların təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.
Belə ki, 47 nömrəli Yol İstismarı MMC-nin kollektivi Ələt-Astara yolunun Masallı rayonundan keçən hissəsində cari təmir işlərini davam etdirir.
Hazırda işlər M-3 Ələt –Astara yolunun 154-159-cu kilometrində, rayonun Təzə Alvadı kəndindən keçən hissəsində görülür.