top
Masallıda ümumi uzunluğu 38 km olan avtomobil yolları yenidən qurulub
14 noyabr 2023, 06:10
- ↺ +

Masallıda ümumi uzunluğu 38 km olan avtomobil yolları yenidən qurulub

Masallı rayonunda respublika əhəmiyyətli avtomobil yolları təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarını əsaslı şəkildə yenidən qurub.

Bildirilib ki, ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilib. Yenidənqurma işləri çərçivəsində, əsasən, torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Layihə üzrə yolboyu texnoloji ardıcıllığa riayət olunmaqla torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.

Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib.

Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

"Yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etməkdən, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşınmasını asanlaşdırmaqdan ibarətdir", – deyə agentlik bəyan edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
Bu gün, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
Dünən, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Dünən, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Dünən, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Dünən, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Dünən, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Dünən, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Dünən, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Dünən, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
24 sentyabr 2026, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
24 sentyabr 2026, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
24 sentyabr 2026, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
24 sentyabr 2026, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
24 sentyabr 2026, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
24 sentyabr 2026, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
24 sentyabr 2026, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
24 sentyabr 2026, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
24 sentyabr 2026, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
24 sentyabr 2026, 11:23

Xəzərdə zəlzələ olub

Oxşar xəbərlər