Masallı rayonunda ölümlə nəticələnən qəza baş verib. Bu haqda bu gün, 11 iyul tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Hadisə rayonun Təzə Alvadı qəsəbəsində baş verib. Cəlilabad rayon sakini K.Zaidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən kənd sakini Vəfadar Paşazadəni vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.