Masallı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 7 yaşlı uşaq xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, iki avtomobilin toqquşması zamanı Əzimov Namaz Fariz oğlu xəsarət alaraq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin və alın sümüyünün sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.