Masallı rayonunda internet dirəyi minik avtomobilinin üstünə düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində Den.az-a istinadən verir.
Hadisə Babaser kəndində qeydə alınıb. Ekskavator yeni çəkilmiş internet naqillərinə ilişərək dirəkləri yerindən qoparıb. Nəticədə vətəndaşa məxsus "Mercedes" markalı avtomobilə ziyan dəyib. Qəzanı törədən ekskavator sürücüsü hadisə yerindən yayınıb.
Xəsarət alan olmayıb.
Araşdırma aparılır.