Masallı rayonunun Yolağac kəndində yollar təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.
Belə ki, Masallının ucqar dağ kəndlərindən olan Yolağac kəndində xeyriyyəçilərin maliyyə dəstəyi ilə ümumi uzunluğu 700 metr və eni 4 metr olan yola qum-çınqıl tökülərək kəndin gəncləri tərəfindən hamarlanma işləri aparılır.