Masallı rayon sakini Bakıda piyadanı vurub. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən Cenublu.az-a bu gün, 15 noyabr tarixində verilib.
Belə ki, 14 noyabr saat 17 radələrində Nizami rayonu ərazisində Masallı rayon sakini S.Müseyibov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.
Piyada hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.