Masallı rayonunun kənd xeyriyyəçiləri yolu təmir ediblər. Bu haqda məlumat Masallı Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Söhbət rayonun Qızılağac kəndindən gedir. Belə ki, kənd xeyriyyəçiləri toplanaraq, küçəyə çınqıl-qum tökdürüblər. Bu da kəndin əsas yolundan 1 nömrəli orta məktəbə qədər olan 300 metrlik küçədə uşaqların rahat gediş-gəlişini təmin edəcək.