Masallı rayonu Miyankü kəndində abadlaşdırılma işləri aparılıb. Bu haqda məlumatı bu gün, 13 yanvar tarixində Masallı rayon İcra Hakimiyyəti verib.
Belə ki, uzunluğu bir kilometrdən çox olan küçəyə çınqıl tökülüb, kənarlarında arxlar qazılıb və yolların işıqlandırılması təmin edilib.
Qeyd edək ki, abadlıq işləri burada yaşayan sakinlərin və xeyriyyəçilərin maddi və fiziki köməyi ilə baş tutub.