Lənkəran rayonunun Liman şəhəri 28 May küçəsinin yolu təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.
Lənkəran ŞİH başçısının Liman şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi məlumata əsasən, 28 May küçəsi Liman bələdiyyəsinin daxili imkanları hesabına təmir olunub və növbəti illərdə vəsait ayrılacağı təqdirdə əsaslı təmiri nəzərdə tutulub.
Qeyd edək ki, Cenublu.az daha öncə küçənin yol örtüyündə dərin çalalar yarandığı haqda məlumat vermişdir.