top
Qoşqar Təhməzli: Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır
Bu gün, 15:00
- ↺ +

Qoşqar Təhməzli: Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Evdə hazırlanan konserv məhsullarına sertifikatlaşdırma tələbinin tətbiq olunacağı barədə məlumat yanlışdır.

Cenublu.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Proqramında ev şəraitində hazırlanan qida məhsullarının, o cümlədən konservləşdirilmiş məhsulların sanitar-gigiyenik qaydalara uyğun hazırlanması nəzərdə tutulur.

"Biz ailə təsərrüfatlarını, eləcə də fermer və kəndli təsərrüfatlarını bu sahədə maarifləndirəcəyik və müxtəlif dövlət qurumları ilə birgə müvafiq işlər aparacağıq ki, bu kimi halların qarşısı alınsın.

Eyni zamanda, ailə təsərrüfatlarında, fermer və kəndli təsərrüfatlarında qida məhsulları hazırlana bilər. Lakin bu məhsullar kütləvi istifadəyə verildikdə onların düzgün qablaşdırılması və etiketlənməsi, həmçinin saxlanma temperaturu və müddəti barədə məlumatlar məhsulun üzərində göstərilməlidir. Əks halda, həmin məhsullar insanların sağlamlığı üçün ciddi problemlər yarada bilər", – deyə AQTA sədri bildirib.

"Evdə hazırlanan müxtəlif konserv məhsullarının hazırlanması zamanı sanitar-gigiyenik qaydalara düzgün əməl olunmaması və həmin məhsulların sonradan kütləvi qidalanmada istifadəsi insanlar arasında qida zəhərlənmələrinə səbəb olur. Bununla əlaqədar məsələlər Dövlət Proqramında da nəzərdə tutulub", - deyə o əlavə edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Sabah hava necə olacaq?

İqtisadiyyat
Bu gün, 15:35

Azərbaycanda mənzillər 8%-dən çox bahalaşıb

Cəmiyyət
Bu gün, 14:25

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Bütün xəbərlər
Bu gün, 13:50

"Nənələr" qrupunun üzvünün müharibədə ölən oğlu Lənkəranda dəfn edildi

Cəmiyyət
Bu gün, 13:15

Lənkəranda parkda işlədilər fəhlələrin maaşı verilmədi: şirkət cərimələndi

Kriminal
Bu gün, 12:40

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə hökm oxunub

Bütün xəbərlər
Bu gün, 12:05

Hərbçilərin əməkhaqları artırılır

Kriminal
Bu gün, 11:30

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

İqtisadiyyat
Bu gün, 11:00

Masallı və Biləsuvarda məktəb tikintisinə milyonlarla manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:25

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:50

Lənkəranda küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:17

General Səməd bəy Mehmandarovun doğum günüdür

Siyasət
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:35

Lənkəranda "GİNius - Tələbə Kuboku 2026" keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:00

Lənkəranda toyuq kəsimi sexində nöqsanlar aşkarlandı

Cəmiyyət
Dünən, 16:20

Lənkəranlı əsgər vəfat edib

Kriminal
Dünən, 16:02

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədrinə hökm oxundu

Kriminal
Dünən, 15:35

Azərbaycanda ötən il cinayət törədən gənclərin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur

Bütün xəbərlər
Dünən, 14:20

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 13:41

Dayısı arvadını öldürüb meyiti üzərində əxlaqsız hərəkətlər edənə hökm

Bütün xəbərlər
Dünən, 13:10

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:35

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Oxşar xəbərlər