Lənkəran şəhərinin Heydər Əliyev prospektində yaşayan sakinlər içməli suyun keyfiyyətindən şikayət edirlər.
Cenublu.az-a daxil olan məlumata görə, “Xanbulan” su anbarından gələn su çirkli və bulanıq vəziyyətdə verilir. Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir, lakin problemin həlli istiqamətində hər hansı addım atılmayıb.
Şikayətçilər ümid edirlər ki, məsələ ilə bağlı tezliklə tədbir görüləcək və problem aradan qaldırılacaq.
View this post on Instagram