Lənkəran rayonunda avtomobil 14 yaşlı şəhər sakinini vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində Apa-ya istinadən verir.
Qəza Liman şəhəri ərazisində (köhnə Ələt-Astara magistralı) baş verib. Minik maşını 14 yaşlı Zəhra Nurəlizadəni vurub. Xəsarət alan təcili xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.