Lənkəranda Xanbulan kənd sakinlərindən Cenublu.az-a şikayət daxil olub.
Bildirilib ki, kənddə işlək yolda sürüşmə hadisəsi baş verib və yol qəzalı haldadır. Olayın üzərindən xeyli müddət keçməsinə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən vəziyyətə müdaxilə edilməyib və yoldan istifadə edənlər üçün çox böyük təhlükə mövcudluğunu saxlayır.
Sakinlərin sözünə görə, heç kim yolu düzəltmir: “Bilirik ki, orada qəza olacaq və bu məsələ bundan sonra işıqlanacaq”.
Fotodan da aydın olur ki, yağışlı havada avtomobillərin idarəetməni itirməsi və arzuolunmaz qəzaların baş vermə ehtimalı var. Sakinlər bu problemin tez bir zamanda həll edilməli olduğunu zəruri hesab edirlər.