Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 oktyabr tarixində verir.
Hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı mikroavtobusla "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar 32 yaşlı Türkəkəran kənd sakini Cəmalə Cəfərova, 22 yaşlı Astara rayonunun Şiyəkəran kənd sakini Sevinc Məmmədova, 29 yaşlı Astara rayonunun Şahağacı kənd sakini İlkin Mikayılov, 18 yaşlı Astara rayonunun Şiyəkəran kənd sakini Nərmin Qulamova və 17 yaşlı Astara rayonunun Motlayataq kənd sakini Nurşad Cəfərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.