Lənkəranda avtomobil 12 yaşlı piyadanı vuraraq öldürüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 oktyabr tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib. "Mercedes" markalı 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli Nəzərzadə Süleyman Məhəmməd oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Şahidlərin bildirdiyinə görə, yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən "Mercedes" onu vurub.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_46130" align="alignnone" width="336"]
Report.az[/caption]