top
Lənkərandakı qəzada xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB
25 oktyabr 2024, 05:03
- ↺ +

Lənkərandakı qəzada xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB

Lənkəranda baş verən yol nəqliyyat hadisəsilə bağlı təfərrüatlar məlum olub.

Şahidlərin Cenublu.az-a verdiyi məlumata görə, qəzaya səbəb “VAZ-21015” markalı nəqliyyat vasitəsinin qarşısına digər avtomobilin çıxması və sürücünün məcburiyyət qarşısında əks yola keçməsi olub. Bu zaman qəza qaçılmaz olub.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Cenublu.az-ın verdiyi məlumata görə, Lənkəran rayonunun Şıxakəran kənd sakini 1990-cı il təvəllüdlü Asif Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə Lənkəran rayonunun Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Fətəli Ömərovun idarə etdiyi "QAZ-3110" markalı minik avtomobili toqquşub.

Qəzada hər iki sürücü və "QAZ-3110" markalı avtomobildə sərnişin qismində olan Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Şölə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda xəsarət alanların müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir.

Qəzada hər iki sürücü və “QAZ-3110” markalı avtomobildə sərnişin qismində olan Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Şölə Əliyeva qapalı kəllə beyin travması, bədənin çoxsaylı əzilmiş didilmiş yarası, döş qəfəsinin travması, burnun əzilmiş didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. İlkin tibbi yardım göstərilən yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində, digər xəsarət alanın müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində yüngül xəsarət alan qadın təcili yardım şöbəsində həkim nəzarətində saxlanılıb.

***

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Cenublu.az-ın verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan "QAZ-31" markalı minik avtomobili ilə toqquşub.

Qəzada hər iki sürücü və sərnişin ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Kriminal
Bu gün, 11:03

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Cəmiyyət
Bu gün, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Oxşar xəbərlər