Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində verir.
Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ-21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çay yatağına aşıb.
Nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.