Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən binaların həyəti baxımsız vəziyyətdədir. Bununla bağlı sakinlər bu gün, 5 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, köhnə MTS-nin binaları adlanan ərazinin həyətini kol-kos basıb. Sakinlər bildirirlər ki, kollarda daim itlər olur və bu səbəbdən uşaqlar küçəyə çıxmağa qorxurlar.